Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Nəhayət, İran Ukraynanın Xəzər dənizində İran ticarət gəmisinə zərbəsindən sonra cavab olaraq bu ölkənin Qara dənizdəki limanlarından birinə hücum etməyi nəzərdən keçirib. Tezadlar.az “The New York Times” qəzetinin saytına istinadla bildirir ki, Tehran kiçik döyüş başlıqlı ballistik raketdən istifadə imkanını müzakirə edib. Nəşrin yazdığına görə, mümkün zərbə daha çox simvolik xarakter daşımalı və ciddi dağıntı törətmək məqsədi güdmür. Qəzetin mənbələri bildiriblər ki, fəal diplomatik səylər nəticəsində gərginliyin azaldılmasına nail olunub və İran cavab zərbəsi endirmək planından imtina edib.
Xatırladaq ki, İran Xarici İşlər Nazirliyi iyulun 25-də Ukrayna Silahlı Qüvvələrinin Xəzər dənizində İranın ticarət gəmisinə zərbə endirdiyini açıqlamışdı. Hadisə nəticəsində gəmidə partlayış baş vermiş, bir dənizçi həlak olmuş, daha biri yaralanmışdı. Bundan sonra İran Ukraynanın müvəqqəti işlər vəkilini XİN-ə çağırmış, xarici işlər naziri Abbas Əraqçi Avropa İttifaqını insidentə reaksiya verməyə, Ukraynanı isə dəymiş ziyanı ödəməyə çağırmışdı. Ukrayna prezidenti V.Zelenski bəyan etmişdi ki, vurulan gəmi Rusiyaya dron daşıyırmış.
A.Məmmədli