Dünya
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə yaxın vaxtlarda ikitərəfli görüşün keçirilməsi barədə razılığın mövcud olduğunu bildirib.
Tezadlar.az xəbər verir ki, bu barədə N.Paşinyan bu gün jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, görüşün konkret tarixi hələ razılaşdırılmayıb.
Qeyd edək ki, Ermənistanın Baş naziri və Rusiya Prezidenti iyulun 27-də telefon danışığı aparıblar.
Xatırladaq ki, sonuncu dəfə Putin və Paşinyan 2026-cı il aprelin 1-də Kremldə görüşüblər.