Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 İyul 2026 / 19:24

Ermənistanda mühüm kadr qərarı: Paşinyan nazirləri postlarında saxlayır

Suren Papikyan yenidən Ermənistanın müdafiə naziri, Arpine Sarqsyan isə daxili işlər naziri təyin ediləcək.

Tezadlar.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan “Mülki müqavilə” partiyasının idarə heyətinin iclasından sonrakı brifinqdə bildirib.

“Bəli, onlar yenidən təyin olunacaqlar”, – o qeyd edib.

S.Papikyan 2021-ci il noyabrın 15-dən müdafiə naziri, A.Sarqsyan isə 2024-cü il noyabrın 20-dən daxili işlər naziri vəzifəsini tutur.

Bundan əlavə, Paşinyan Lilit Makuntsun Baş nazirin aparat rəhbəri təyin ediləcəyini bildirib.

L.Makunts 2025-ci il avqustun 29-dan Baş nazirin baş məsləhətçisi vəzifəsini tutur, 2021-2025-ci illərdə isə Ermənistanın ABŞ-dəki səfiri olub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!