Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 İyul 2026 / 19:42

İranın raket hücumundan sonra Trampdan sərt mesaj

İranın İordaniya ərazisinə atılmış ballistik raketlərinin ABŞ hərbçiləri tərəfindən zərərsizləşdirilməsindən sonra Vaşinqton sərt cavab verəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində bildirib.

“Biz onları sərt şəkildə vuracağıq”, – ABŞ lideri qeyd edib.

D.Trampın sözlərinə görə, ABŞ hərbçilərinin qəfil hücuma reaksiya vermək üçün cəmi bir neçə dəqiqəsi olub. O qeyd edib ki, İran raketləri hədəflərinə çatmazdan əvvəl uğurla zərərsizləşdirilib.

ABŞ Prezidenti həmçinin bildirib ki, əməliyyatın videogörüntüsü ilə tanış olub.

Bundan əlavə, D.Tramp bəyan edib ki, ABŞ və Səudiyyə Ərəbistanının İraqda İranın dəstəklədiyi birləşmələrə endirdiyi gecə zərbələri rəsmi Bağdadla razılaşdırılıb.

ABŞ Prezidenti, bu birləşmələri “dünyanın bədənindəki xərçəng şişi” adlandırıb.

Qeyd edək ki, İordaniya Silahlı Qüvvələri, Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin bu gün səhər saatlarında İran tərəfindən buraxılan və ölkə ərazisinə hədəflənən beş ballistik raketi məhv etdiyini bildirib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!