Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Osmanlı sultanı Süleymanın həyat yoldaşı Hürrəm Sultanın (Roksolana) xatirəsinə Ukraynanın İvano-Frankovsk vilayətinin Roqatin şəhərində abidəsi ucaldılıb, adına küçə verilib və tarix muzeyində mərkəz yaradılıb.
Tezadlar.az xəbər verir ki, Roqatin Tarix Muzeyinin direktoru Olqa Balaqa bildirib ki, hazırda bu bölgənin hər qadını Roksolananı öz əcdadı bilir:
“Roqatin Şərqi Qalisiyanın ən qədim şəhərlərindən biridir. Burada Osmanlı imperiyası və dünya tarixində məşhur qadınlardan biri olan Hürrəm sultan doğulub. Onun əsl adı bizim mənbələrdə Roksolana, digər adı isə Anastasiya Lisovskadır. Roksolana Roqatində Müqəddəs Ruhun Enməsi kilsəsində yerli keşişin qızı olub. Bu taxta kilsə indiyədək qorunub saxlanmış ən qədim dini tikililərdən biridir. 2013-cü ildə Ukraynanın ən qədim səkkiz taxta kilsəsindən biri kimi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib”.
Direktor qeyd edib ki, Roksolananın Roqatindəki Müqəddəs Ruhun Enməsi kilsəsindən əsir kimi Osmanlı hərəminə aparıldığı iddia olunur:
“Müasir tarixçilər hesab edirlər ki, həmin dövrün ənənəsinə görə tatarların Şərqi Qalisiya ərazisinə hücumları zamanı yetkin qızları əsir götürmürdülər. Onlar əsasən üç-dörd yaşlı uşaqlar olurdu. Çünki həmin qız uşaqlarını dövrün qaydalarına uyğun yenidən öyrətmək, dili, ənənələri və dini öyrətmək daha asan olurdu. Ona görə də tədqiqatçılar onun xeyli əvvəl əsir götürüldüyünü hesab edirdilər. Amma bütün hallarda Roksolananın həmin kilsədən qaçırılması müxtəlif mənbələrdən təsdiqlənib. Onun 1506-cı ildə doğulduğu, 1530-cu ildə isə özündən 11 yaş böyük Sultan Süleymanla rəsmi şəkildə ailə qurduğu söylənilir. Roksolana sultana beş oğul və bir qız doğub. Oğullarından biri Osmanlı taxtının varisi olub”.