Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 İyul 2026 / 11:19

SON DƏQİQƏ… ABŞ İranın bir neçə şəhərinə hücum etdi: 3 ölü

Tehran və Vaşinqton arasında qarşılıqlı hücumlar davam edir. Amerika dünən İranın hücumuna qarşı bu gecə qisas alıb.

Tezadlar.az xəbər verir ki,  İran mediası hücumda 3 nəfərin öldüyünü açıqlayıb.

BƏNDƏR ABBAS, ƏBU MƏSCİDİ VƏ KİŞ ADASI VURULDU

Hormozqan əyalətinin Bəndər Abbas şəhərində iki ayrı partlayış baş verib. Partlayışlar strateji əhəmiyyətli Əbu Musa və Kiş adalarında da baş verib.

Kiş adası və Xuzistan əyalətinin Abadan şəhəri də hədəfə alınıb. İran mediası Kiş adasına hücumda 3 nəfərin öldüyünü açıqlayıb.

“KÖRFƏZDƏ QONŞULARIMIZA TƏHDİDLƏRİN QARŞISI ALINACAQ”

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) dünən İranın hücumlarına cavab verdiyini açıqlayıb. Bildirilib ki, İranın hərbi komandanlıq mərkəzləri, raket və pilotsuz təyyarə obyektləri hədəfə alınıb. “Məqsədimiz İranın Körfəzdəki qonşu ölkələrə yaratdığı təhdidləri azaltmaqdır” deyilib.

Yaxın Şərqdə 50 mindən çox ABŞ əsgərinin yerləşdiyi xatırladılıb və “İrana qarşı hazırlıq vəziyyətindəyik” mesajı çatdırılıb.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!