Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran İnqilab Keşikçiləri Korpusu ABŞ müdaxilələri və təhdidləri davam etdiyi müddətcə Hörmüz boğazının yenidən açılmayacağını bildirib.
Tezadlar.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı ilə bağlı yazılı açıqlama yayıb.
Açıqlamada Hörmüz boğazının İranın nəzarəti altında olduğu və ABŞ “regional dəniz nəqliyyatına təhdid və müdaxiləni” davam etdirdiyi müddətcə yenidən açılmayacağı vurğulanıb və əlavə edilib ki, mövcud vəziyyət daha da pisləşə bilər.
Hazırkı şərtlər davam edərsə, vəziyyətin daha da kritikləşə biləcəyi bildirilib.
İnqilab Keşikçiləri həmçinin ABŞ-ı dəstəkləyən ölkələrin mövqeyini dəyişməsələr, “sərt nəticələrlə” üzləşəcəkləri ilə hədələyib.
ELBAR