Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 İyul 2026 / 12:35

SEPAH ABŞ-ı hədələdi: “Bu gün cəzalandıracağıq!”

Vəziyyət dəyişirmi? İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın son zərbələrindən sonra təcavüzkarı bu gün cəzalandıracağını bəyan edib. Tezadlar.az xatırladır ki, “Fars” agentliyi bu barədə SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən məlumat yayıb. “Uca Allahın köməyi ilə təcavüzkar bu gün cəzalandırılacaq”, – bəyanatda deyilir. SEPAH-ın bu bəyanatı ABŞ-ın gecə saatlarında İrana qarşı həyata keçirdiyi hücumlardan sonra səsləndirilib. ABŞ rəsmiləri İran ərazisindəki SEPAH hədəflərinə “güclü” zərbələr endirildiyini açıqlayıblar. Məlumata görə, Qeşm, Kiş, Bəndər-Abbas, Abadan və Buşəhr şəhərlərində partlayış səsləri eşidilib. İran rəsmilərinin məlumatına görə, Qeşmdə yaşayış binasına endirilən zərbə nəticəsində bir cütlük və onların iki yaşlı övladı ölüb, daha iki uşaq yaralanıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!