Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Vəziyyət dəyişirmi? İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın son zərbələrindən sonra təcavüzkarı bu gün cəzalandıracağını bəyan edib. Tezadlar.az xatırladır ki, “Fars” agentliyi bu barədə SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən məlumat yayıb. “Uca Allahın köməyi ilə təcavüzkar bu gün cəzalandırılacaq”, – bəyanatda deyilir. SEPAH-ın bu bəyanatı ABŞ-ın gecə saatlarında İrana qarşı həyata keçirdiyi hücumlardan sonra səsləndirilib. ABŞ rəsmiləri İran ərazisindəki SEPAH hədəflərinə “güclü” zərbələr endirildiyini açıqlayıblar. Məlumata görə, Qeşm, Kiş, Bəndər-Abbas, Abadan və Buşəhr şəhərlərində partlayış səsləri eşidilib. İran rəsmilərinin məlumatına görə, Qeşmdə yaşayış binasına endirilən zərbə nəticəsində bir cütlük və onların iki yaşlı övladı ölüb, daha iki uşaq yaralanıb.