Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Baş verən yanğınlar səbəbi ilə Türkiyənin cənub-qərbində bəzi yollar bağlanıb və əhalinin təxliyəsi davam edir.
Bu barədə Haber Global televiziya kanalının məlumatında deyilir.
Yerli hakimiyyət orqanları 200-dən çox insanı təxliyə etmək məcburiyyətində qalıb. Yanğın artıq bir neçə kəndi təhdid edir.
Ən kritik vəziyyət Muğla əyalətindədir. Bölgənin qubernatoru İdris Akbıyığın sözlərinə görə, orada beş böyük yanğın aşkar edilib.
Yanğını söndürmək üçün təxminən 750 yanğınsöndürən, 5 təyyarə və 18 helikopter cəlb edilib.
Qatı tüstü və açıq alov səbəbindən əsas Antalya-Seydikemer magistral yolunda nəqliyyat müvəqqəti olaraq bağlanıb.
Ehtiyat tədbiri olaraq, hakimiyyət orqanları Seydikemer Dövlət Xəstəxanasını da təxliyə edib.
Qonşu Antalya əyaləti də yanğından əziyyət çəkir. Yerli hakimiyyət orqanları Yazır rayonunda sakinlərin təxliyəsinə başlayıb və Kumluca-Kemer magistral yolunda nəqliyyatın hərəkətini dayandırıb.
Bu arada, ölkənin digər bölgələrində də yanğınlar davam edir. Balıkəsirdə Edremit rayonunda xilasedicilər qiymətli zeytun bağlarını yanğınlardan qoruyurlar. Yalova rayonunda isə alovlar təkcə zeytun ağaclarını deyil, həm də püstə ağaclarını təhlükə altına alıb. Oradakı yanğınları söndürmək üçün təyyarələr də cəlb edilib.
Daha əvvəl Türkiyədə meşə yanğınlarının həddindən artıq istilər səbəbindən şiddətləndiyi bildirilib.
JASMİN