Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İngiltərənin “Çelsi” klubu Fransa millisinin və “Kristal Pelas”ın futbolçusu Maksans Lakruanın transferini açıqlayıb.
Tezadlar.az xəbər verir ki, 26 yaşlı mərkəz müdafiəçisi London təmsilçisi ilə 2032-ci ilin iyun ayınadək nəzərdə tutulan müqavilə imzalayıb.
İddiaya görə, transferin dəyəri 60,7 milyon avro təşkil edib.
Qeyd edək ki, Maksans Lakrua ötən mövsüm “Kristal Pelas”ın heyətində bütün turnirlərdə 55 oyunda meydana çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Müdafiəçi son dünya çempionatında Fransa yığmasının heyətində 3 qarşılaşmada forma geyinib.