Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Qarabağ” UEFA Avropa Liqasında mübarizəni dayandırıb.
Tezadlar.az xəbər verir ki, Ağdam klubu səfərdə Bolqarıstanın ÇSKA komandasının qonağı olub.
Sofiyadakı “Vasil Levski” adına Milli Stadionda oynanılan matçın əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. İlk matçda da qolsuz bərabərlik qeydə alındığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik cərimə zərbələrini daha dəqiq (5:4) yerinə yetirən Sofiya təmsilçisi növbəti raunda yüksəlib.
“Qarabağ” isə yoluna Konfrans Liqasında davam edəcək. III təsnifat mərhələsində rəqibdir Ukrayna nəhəngi “Dinamo” (Kiyev) olacaq.