Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Milli Hərəkat” partiyasının sədri olmaq məsələsini düşündüyünü deyən Nanuka Jorjoliani bildirib ki, əsas şərti Mixail Saakaşvilinin siyasi mövqeyinin aydın olmasıdır. Tezadlar.az xəbər verir ki, onun sözlərinə görə, Saakaşvili siyasətə qayıtdığını, “Milli Hərəkat”ın əsas siyasi fiquru və baş nazirliyə namizədi olduğunu açıqlasa, bu, həm partiya daxilində, həm də müxalifət düşərgəsində siyasi vəziyyəti daha aydın edəcək. “Uzun müddət Saakaşvilinin bəyanatları kənardan dəstək verən mövqedən idi. Mən onun Gürcüstan üçün mübarizə aparacağını və ölkədə dəyişiklik yaratmaq istədiyini söylədiyi mövqeyini görmək istəyirəm”, – deyə Jorjoliani bildirib.
O qeyd edib ki, “Milli Hərəkat”ın güclənməsi üçün partiyanın lideri məsələsində aydınlıq olmalıdır və Saakaşvilinin siyasi çəkisi partiyaya əlavə güc verə bilər. Jorjoliani həmçinin bildirib ki, Tina Bokucavanın partiyanın siyasi şurasının iclasına qatılmamasının ciddi səbəbi olduğuna inanır.