Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ermənistanda müxalifətdəki “Çiçəklənən Ermənistan” partiyasının lideri, əvvəllər iki ay həbs cəzası alan Qaqik Tsarukyana məxsus zavod – “İrəvan konyak-şərab-araq Ararat-Noy kombinatı” dövlət nəzarətinə verilib.
Bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Qurumdan bildirilib ki, “Ofisin açıqlamasında deyilir: “Baş Prokurorluğun vasitəçiliyi ilə qanunsuz əldə edilmiş əmlakın müsadirə edilməsi prosesinin bir hissəsi olaraq, Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin qərarı ilə “İrəvan konyak-şərab-araq Ararat-Noy kombinatı” ASC-nin səhmləri Ermənistan Respublikasının idarəçiliyinə və himayəsinə verilib”.
Məhkəmə müvafiq qərarı 30 iyulda verib.
Əlavə edilib ki, şirkətin səhmlərinin idarəçiliyi və himayədarlığı İqtisadiyyat Nazirliyinin təmsil etdiyi Ermənistan Respublikasına verilib.
Daha əvvəl Ermənistan mətbuatı hakimiyyətin Ararat Sement zavodunu və Multi Wellness Center idman kompleksini də Tsarukyanın əlindən aldığını yayımlamışdı.
JASMİN