Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İspaniyanın Baş naziri Pedro Sançez Mərakeşdən Şimali Afrikada İspaniya ərazisi olan Seutaya qeyri-qanuni miqrant axınını “ölkəsinin ərazi bütövlüyünə hücum və pozuntu” adlandırıb.
Tezadlar.az xəbər verir ki, Seutada jurnalistlərə danışan Sançez dünəndən bəri şəhərə daxil olan qeyri-qanuni miqrantların deportasiyası və geri qaytarılması prosesini sürətləndirmək üçün yerli və milli hakimiyyət orqanları ilə birlikdə tranzit mərkəzinin hazırlandığını söyləyib.
Qeyri-qanuni miqrant axınına toxunan İspaniyanın Baş naziri deyib: “Bu, görünməmiş bir vəziyyətdir. Bu, İspaniya boyunca qeyri-qanuni miqrantların aybaay qeyd etdiyimiz sistematik azalma tendensiyasını pozur. Buna görə də, biz yalnız təcili məsələlərdə hərəkət etməməliyik, həm də vacib məsələlərdə addımlar atmağı unutmamalıyıq.”
Qeyri-qanuni miqrasiya ilə mübarizə aparmaq üçün gördükləri tədbirləri təsvir edən Sançez Seutadakı təhlükəsizlik qüvvələrinin sayının artırıldığını bildirib.
“Qeyri-qanuni miqrantların geri qaytarılması ilə bağlı prosesləri sürətləndiririk”
“Biz, xüsusən də dünəndən bəri ölkəyə gələn qanunsuz miqrantların geri qayıtması ilə bağlı prosesləri sürətləndiririk. Bu şəxslərin çoxunun çıxış prosedurları artıq həyata keçirilir”, – Sançez deyib.
İspaniyanın Baş naziri Seuta şəhərinə qanunsuz miqrantların axını ilə bağlı bildirib ki, “Dünən baş verənlər hücum və İspaniyanın ərazi bütövlüyünün pozulmasıdır.”
Qanunsuz miqrantların Seuta şəhərinə axınının səbəbi ilə bağlı Sançez belə şərh verib: “Baş verənlər insan alveri mafiyalarının Əndəlüs Ali Məhkəməsinin qərarını – üzgüçülüklə sərhədi keçənlərin geri göndərilməyəcəyini – öz xeyrinə şərh etməsindən irəli gəlir.”
Muxtar şəhər sakinlərinə müraciətində Sançez bütün İspaniyanın onlarla birlikdə olduğunu və hökumətinin onların emosional vəziyyətini və kədərini başa düşdüyünü bildirib.
Qanunsuz miqrantların geri qayıtmasının sürətləndirilməsinə gəldikdə, Sançez Sığınacaq Komissiyasının bu prosedurları yekunlaşdırmaq üçün təcili olaraq toplandığını izah edib.
Sançez qanunsuz miqrasiya ilə mübarizədə Mərakeşlə əməkdaşlıq etdiklərini vurğulayıb, qanunsuz miqrantların həyatını itirməsindən dərin kədərini bildirib və insan alveri qruplarına qarşı mübarizə apardıqlarını bildirib.
İspaniya hökuməti üçün əsas məsələnin qeyri-qanuni miqrasiyanın olduğunu qeyd edən Sançez görülən tədbirləri və bu mövzuda həyata keçirilən milli və regional əməkdaşlıqları təsvir etdi.
Nə baş verdi?
Mərakeşdəki Kastilyos sahillərindən Şimali Afrikadakı İspaniya ərazisi olan Seutaya üzməyə çalışan 800-dən çox qeyri-qanuni miqrant tutulub.
İspaniyanın Baş naziri Pedro Sançez hökumətin hadisə ilə bağlı bütün resurslarını səfərbər etdiyini açıqlayıb.
Seutaya doğru qeyri-qanuni miqrasiya cəhdlərinin artmasından sonra İspaniya hökuməti təhlükəsizliyi təmin etmək üçün bölgəyə silahlı qüvvələr yerləşdirmək qərarına gəlib.
İspaniya hökuməti son 24 saat ərzində 49.000-dən çox insanın Seutaya üzərək və ya piyada keçdiyini təxmin etdiyini bildirib.
ELBAR