Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Sülh Şurasının dərc etdiyi Qəzza zolağı üzrə saziş layihəsi yəhudi dövləti üçün qəbuledilməzdir.
Tezadlar.az xəbər verir ki, bunu İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir “X” sosial şəbəkəsində bildirib.
Ben-Qvirin sözlərinə görə, 7 oktyabr hadisələrindən sonra İsrail HƏMAS-a qarşı hərbi əməliyyatların dayandırılmasına razı ola bilməz.
“Bu təşkilatın terrorçularının məhv edilməsini dayandırmaq öhdəliyi HƏMAS-a növbəti qırğına hazırlaşmaq üçün yenidən qruplaşmaq imkanı verməyə razılaşmağa bərabərdir”, – nazir bildirib.
O vurğulayıb ki, Qəzza zolağında HƏMAS-a qarşı əməliyyatlar davam etməlidir.
Bundan başqa, Ben-Qvir Qəzza zolağından əhalinin köçürülməsinin təşviq edilməsini bir daha dəstəklədiyini və İsrailin “qalib gəlməli olduğunu” bildirib.
Qeyd edək ki, Sülh Şurası ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında Hərtərəfli sülh planının həyata keçirilməsinin başa çatdırılması üzrə Yol Xəritəsini dərc edib.