Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə hava hücumu nəticəsində ən azı doqquz nəfər həlak olub, 28 nəfər yaralanıb.
Tezadlar.az xəbər verir ki, Kiyev meri Vitali Kliçko sosial media hesabında yazılı açıqlamasında Rusiyanın bu gecə paytaxta raket hücumu başlatdığını bildirib.
Hücumun yerli vaxtla saat 02:36-da başladığı barədə məlumat verən Kliçko Kiyevə doğru ballistik raketlərin atıldığını bildirib.
Kliçko hücum nəticəsində paytaxtın müxtəlif mərkəzlərində ziyanın olduğunu qeyd edib.
İlkin məlumatlara görə, hücumda 9 nəfərin həyatını itirdiyini vurğulayan Kliçko 4-ü uşaq olmaqla 28 nəfərin yaralandığını bildirib.
Ukrayna Dövlət Təcili Yardım Xidmətləri (DSNS) həmçinin Kiyevin 5 fərqli rayonunda axtarış-xilasetmə əməliyyatlarının başlandığını bildirib.
Ukrayna ordusu ölkəyə qarşı hava hücumunun davam etdiyini açıqlayıb.
ELBAR