Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
1 Avqust 2026 / 10:21

Səudiyyə Ərəbistanının “Yəmən” hazırlıqları ilə bağlı İddialar

Yəmən mənbələri və Britaniya mətbuatı Səudiyyə Ərəbistanının Qırmızı dənizdəki Husi blokadasını qırmaq üçün Yəməndə quru və dəniz əməliyyatına hazırlaşdığını iddia edib. İddialara görə, Səudiyyə ordusu sərhədə qoşun yerləşdirir, lakin Ər-Riyad administrasiyasından hələlik rəsmi açıqlama verilməyib.

Tezadlar.az xəbər verir ki, Yəmən mənbələri Səudiyyə Ərəbistanının Husilərə qarşı əməliyyata hazırlaşdığını iddia edir. Onlar iddia edirlər ki, Qırmızı dənizdə və Bab əl-Məndəb boğazında blokadanı qırmaq üçün dəniz və quru əməliyyatı başlayıb.

QIRMIZI DƏNİZ ÜÇÜN KOALİSİYA TƏŞƏBBÜSÜ

Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi Qırmızı dənizdə dəniz nəqliyyatının təhlükəsizliyini təmin etmək məqsədi daşıyan koalisiyanın yaradılmasına rəhbərlik edib. Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi Türkiyə də daxil olmaqla, 14 ölkənin daxil olduğu koalisiyanı dəstəklədiyini açıqlayıb.

BRİTANİYA MƏTBUATINDAN DİQQƏT ÇƏKƏN İDDİA

“The Guardian” qəzeti də Səudiyyə Ərəbistanı ordusunun ölkənin şərqindəki bölmələrini Yəmən sərhədinə köçürdüyünü yazıb. Məlumatda bu hərəkatın Husilərin nəzarəti altında olan strateji Əl-Bayda əyalətinə qarşı mümkün əməliyyata hazırlıq ola biləcəyi irəli sürülüb.

Səudiyyə Ərəbistanından hələlik iddialarla bağlı rəsmi açıqlama verilməyib. Hörmüz boğazındakı böhran səbəbindən Səudiyyə Ərəbistanı xam neftinin böyük hissəsini Qırmızı dəniz vasitəsilə Yanbu limanından keçən boru kəmərləri ilə ixrac edib.

İranın dəstəklədiyi Husilərin Səudiyyə gəmilərinə blokada tətbiq etməsindən və neft boru kəmərlərini hədəf almasından sonra ixracın əsasən pozulduğu bildirilib.

Regional gərginlik artır

Gərginlik yalnız Yəmənlə məhdudlaşmayıb. Səudiyyə Ərəbistanının neft obyektlərinə edilən hücumlardan sonra Səudiyyə Ərəbistanı və ABŞ qüvvələri İraqdakı İranpərəst milislərə qarşı hava hücumları təşkil ediblər.

Hücumda bir Husi komandiri və dörd İnqilab Keşikçiləri komandiri də daxil olmaqla 20 nəfərin öldüyü bildirilir. Bu hadisələrdən sonra Səudiyyə Ərəbistanının müdafiə naziri Şahzadə Xalid bin Salman Vaşinqtonda ABŞ prezidenti Tramp və vitse-prezident JD Vance ilə görüşüb.

Məlumatlarda həmçinin bildirilir ki, Ər-Riyad hökuməti neft obyektlərini və milli təhlükəsizliyini qorumaqda qərarlıdır, lakin İranla genişmiqyaslı müharibəyə girmək istəmir.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!