Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Norveç Şimali Afrikada İspaniya ərazisi olan Seutaya qeyri-qanuni miqrantların axınından sonra İspaniyanı dəstəklədiyini bəyan edib.
Tezadlar.az xəbər verir ki, Norveçin ədliyyə naziri Astri Aas Hansen yazılı açıqlamasında İspaniyanın Seutadakı hadisələrlə bağlı atdığı addımları dəstəklədiklərini bildirib.
Avropada bölünmə deyil, birlik vaxtı olduğunu vurğulayan Aas Hansen deyib: “Bu çətin vəziyyətdə İspaniyanın yanındayıq”.
Nə baş verdi?
30 iyulda Mərakeşdəki Fenidek sahillərindən Şimali Afrikada İspaniya ərazisi olan Seutaya üzməyə çalışan 800-dən çox qeyri-qanuni miqrant tutulub.
İspaniyanın Baş naziri Pedro Sançez hökumətin hadisə ilə bağlı bütün mövcud resursları səfərbər etdiyini açıqlayıb.
İspaniya hökuməti Seuta istiqamətində qeyri-qanuni miqrasiya cəhdlərinin artmasından sonra təhlükəsizliyi təmin etmək üçün bölgəyə silahlı qüvvələr yerləşdirmək qərarına gəlib.
Bildirilib ki, Seuta ərazisinə keçən qanunsuz miqrantlardan təxminən 69.500 nəfəri Mərakeşə qayıdıb və Mərakeşdən İspaniyaya keçməyə çalışarkən həyatını itirən qanunsuz miqrantların sayı 67-yə çatıb.
ELBAR