Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
1 Avqust 2026 / 22:07

ABŞ komandanı İsraili qorumaq üçün resursların qalmadığını bildirib

İddia edilir ki, ABŞ-ın Avropa komandanı Aleksus Qrinkeviç bu həftə ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) İsraili ballistik raketlərdən qorumağa davam etmək üçün kifayət qədər dəniz qüvvələrinin olmaması barədə məlumat verib.

Tezadlar.az xəbər verir ki, “Washington Post” qəzetinin məlumatına görə, adı açıqlanmayan rəsmilər iddia edirlər ki, komandir Qrinkeviç bu həftə Pentaqona yazılı bildiriş göndərib.

Bildirişdə Qrinkeviç İsraili ballistik raketlərdən qorumağa davam etmək üçün kifayət qədər dəniz qüvvələrinin olmadığını bildirib.

Qrinkeviç bildirib ki, əgər ona başqa bir dəniz esminesi verilməsə, İsraili müdafiə etməkdənsə, ABŞ-ın “vətənini” müdafiə etməyi üstün tutmağa məcbur olacaq.

Rəsmilər iddia edirlər ki, bu bildiriş ABŞ-ın İranla müharibədə resurslarını necə tükətdiyinin göstəricisidir.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!