Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün Xalq yazıçısı Elçinin Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub. Tezadlar.az AYB- yə istinadla xəbər verir ki, abidənin müəllifi Xalq rəssamı Natiq Əliyevdir. Açılış mərasimində mədəniyyət nazirinin müavinləri, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, mədəniyyət xadimləri, Elçinin ailə üzvləri və ziyalılar iştirak ediblər. Xalq yazıçısı Anar açılış mərasimində deyib ki, Elçinin əsərləri ədəbiyyat yaşadıqca yaşamağa davam edəcək: “Elçin çox böyük yazıçı, çox yaxşı dost və çox böyük şəxsiyyət idi. Mən əziz dostumun ruhuna ehtiramımı bildirir, Allahdan ona rəhmət diləyirəm”. Mədəniyyət nazirinin müavini Murad Hüseynov deyib ki, Xalq yazıçısı Elçinin xatirəsi hər zaman yaşayacaq. Deputat Polad Bülbüloğlu qeyd edib ki, Elçin çox gözəl yazıçı, vətənpərvər insan gözəl dost, ailə başçısı idi: “Dost olaraq, azərbaycanlı olaraq onunla hər bir mövzuda danışmaq olardı. Ruhu şad olsun”.
Xatırlatma: Elçin Əfəndiyev 1943-cü il mayın 13-də Bakı şəhərində anadan olub. O, yaradıcılığa ötən əsrin 60-cı illərində başlayıb və Azərbaycan ədəbiyyatında xüsusi yer tutan “60-cılar” ədəbi nəslinin ən aparıcı nümayəndələrindən biri olub. Yazıçı milli ədəbiyyata yeni ab-hava, yeni dəyərlər və bədii ifadə vasitələri gətirib, ədəbi mühitin inkişafında müstəsna rol oynayıb. Elçin Əfəndiyev Azərbaycan ədəbiyyatında və mədəniyyətində müstəsna xidmətlərinə görə “İstiqlal” ordeni və digər yüksək dövlət mükafatları ilə təltif olunub.
Qeyd: Xalq yazıçısı Elçin 2025-ci il avqustun 3-də vəfat edib.