4 Avqust 2026 / 11:00

Pezeşkian: Ərazi bütövlüyümüzü qoruyacağıq, amma müharibəni genişləndirmək istəmirik

İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə müharibəni genişləndirmək istəmədiklərini, lakin İranın ərazi bütövlüyünü və milli maraqlarını qorumaq üçün bütün gücü ilə hərəkət edəcəyini bildirib.

Tezadlar.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, Tehranda keçirilən Milli Ailə Təbabəti Proqramı Mərasimində çıxış edən Pezeşkian ABŞ ilə davam edən münaqişə ilə bağlı qiymətləndirmələr edib.

ABŞ-ın İranı hədəf alan hücumları ilə bağlı Pezeşkian deyib: “Ərazi bütövlüyümüzü bütün gücümüzlə qoruyacağıq, amma müharibəni genişləndirmək və ya uzatmaq istəmirik”.

O, həmçinin ölkədə səhiyyə sisteminin inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq bildirib: “Hərtərəfli səhiyyə sisteminə malik cəmiyyət zərər və təhdidlərə qarşı daha davamlı olacaq və səhiyyədə ədalətin təmin edilməsi ölkənin effektiv idarəçiliyi və davamlı inkişafı üçün ən vacib şərtlərdən biridir”.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!