Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
4 Avqust 2026 / 13:59

İsrailin Qəzza zolağına hücumlarında ölənlərin sayı 73 min 377-yə çatıb

İsrail ordusunun 2023-cü ilin oktyabr ayından bəri Qəzza zolağında həyata keçirdiyi hücumlarda ölənlərin sayı 73 min 377-yə çatıb.

Tezadlar.az xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin yazılı açıqlamasında 2023-cü ilin oktyabr ayından bəri İsrail hücumlarında ölənlərin sayı ilə bağlı son məlumatlar paylaşılıb.

Bildirilib ki, son 48 saat ərzində İsrail hücumları nəticəsində ölən 2 nəfərin cəsədi və 19 yaralı Qəzzadakı xəstəxanalara gətirilib.

Qeyd edilib ki, 10 oktyabr 2025-ci ildə Qəzzada atəşkəs qüvvəyə minəndən bəri İsrail hücumlarında 1252 nəfər həyatını itirib, 4120 nəfər yaralanıb və 804 nəfərin cəsədi dağıntılar altından çıxarılıb.

2023-cü ilin oktyabr ayından bəri İsrailin Qəzza zolağına hücumlarında ölənlərin ümumi sayı 73 min 377-yə çatıb, 174 min 230 nəfər yaralanıb.

Qəzza zolağında hələ də minlərlə cəsədin dağıntılar altında qaldığı bildirilir.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!