Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
4 Avqust 2026 / 18:29

Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədi- SİYAHIDA MOSKVA DA VAR

Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski Təhlükəsizlik Xidmətinin Rusiyanı zəiflətməyə yönəlmiş yeni əməliyyatlar həyata keçirəcəyini açıqlayıb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla  xəbər verir ki, Zelenski bu barədə “Telegram” hesabında paylaşım edib. Sitat: “Rusiyanın təcavüzünə qarşı əməliyyatlarımızla bağlı hesabat təqdim olundu. Ukrayna Təhlükəsizlik Xidmətinin yaxşı nəticələri var və bu gün mən yeni əməliyyatları təsdiqlədim”.

Qeyd: bu gün – avqustun 4-də Zelenskinin göstərişi ilə həyata keçirilən və Rusiyanı zəiflətməyə yönəlmiş 40 günlük əməliyyat başa çatıb. İndi yenisi başlayır…

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!