Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski Təhlükəsizlik Xidmətinin Rusiyanı zəiflətməyə yönəlmiş yeni əməliyyatlar həyata keçirəcəyini açıqlayıb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, Zelenski bu barədə “Telegram” hesabında paylaşım edib. Sitat: “Rusiyanın təcavüzünə qarşı əməliyyatlarımızla bağlı hesabat təqdim olundu. Ukrayna Təhlükəsizlik Xidmətinin yaxşı nəticələri var və bu gün mən yeni əməliyyatları təsdiqlədim”.
Qeyd: bu gün – avqustun 4-də Zelenskinin göstərişi ilə həyata keçirilən və Rusiyanı zəiflətməyə yönəlmiş 40 günlük əməliyyat başa çatıb. İndi yenisi başlayır…







