4 Avqust 2026 / 23:51

Mbappenin sevgilisi Kruz Bekhemlə görüntüləndi

“Real”ın ulduzu Kilian Mbappenin sevgilisi Ester Esposito Devid Bekhemin oğlu Kruz Bekhemlə birlikdə İtaliyada şəxsi gəmi səyahətində görüntülənib. Bu dəfə fransız ulduz meydandakı performansı ilə deyil, şəxsi həyatı ilə bağlı iddiaları ilə gündəmə gəlir.

Tezadlar.az xarici mediaya istinadla bildirir ki, iddialara görə, Mbappenin sevgilisi Ester Espósito, Devid Bekhemin 21 yaşlı oğlu Kruz Bekhem ilə birlikdə İtaliyada şəxsi gəmi səyahətində görüntülənib.

Sürətlə yayılan görüntülər sosial mediada böyük səs-küyə səbəb oldu və cütlüyün birlikdə görünməsi çoxsaylı şərhlərə səbəb olub. Bəzi istifadəçilər bunun dostcasına bir görüş hesab etsələr də, digərləri görüntülərə əsaslanaraq müxtəlif iddialar irəli sürüblər.

Nə Kilian Mbappe, nə Ester Espósito, nə də Kruz Bekhem hələlik iddialarla bağlı rəsmi açıqlama verməyiblər. Buna baxmayaraq, görüntülər sosial mediada ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!