Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ Hörmüz boğazı bağlanarsa, İkinci Dünya Müharibəsindən bəri görünməmiş bir hücuma hazırdır.
Tezadlar.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu Fox News-a müsahibəsində bildirib.
“İranın heç vaxt nüvə silahı olmayacaq; artıq onlara sahib ola bilməzlər. Amma bu, rəsmi olaraq qurulacaq. Hörmüz boğazı çox tezliklə açılacaq, ya da onlara çox ağır zərbə vurulacaq və sonra açılacaq. Bu, çox güclü bir hücum olacaq, İkinci Dünya Müharibəsindən bəri ən güclü hücum olacaq”, – deyə Ağ Ev rəhbəri hədələyib.
Trampın sözlərinə görə, İslam Respublikasının hakimiyyəti “yenidən razılaşmadan geri çəkilərsə, onlara çox ağır zərbə vurulacaq”.
Daha əvvəl ABŞ-ın maliyyə naziri Skott Bessent Vaşinqton və Tehranın yaxın günlərdə Hörmüz boğazına nəzarət barədə razılığa gələ biləcəyini bildirmişdi.
ELBAR