5 Avqust 2026 / 10:10

Azərbaycan və ərəb turistləri…

Camaatın Anası, Bajısı var…
Körfəz ölkələrindən gələn turist axını son on ildə iqtisadiyyatımıza yeni nəfəs gətirməklə yanaşı, cəmiyyətimizin bəzi qaranlıq məqamlarını da işıqlandırdı. Beynəlxalq turizm trayektoriyalarına və qeyri-rəsmi məlumatlara əsasən, Azərbaycan ərəb turistlərinin əyləncə və intim xidmətlər məqsədilə üz tutduğu ölkələr siyahısında Tayland, Misir və Mərakeşdən sonra dördüncü pillədə qərarlaşıb. İllərlə bu sənayedə “brend” hesab olunan, ucuz gecə həyatı ilə tanınan Rusiya və Belarus kimi slavyan ölkələri artıq bu siyahıda bizdən geridədir. Qısa uçuş məsafəsi, Avropa səviyyəsində sərbəstlik və təəssüf ki, müəyyən qadınların asan əlçatanlığı turistlərdə böyük maraq yaradıb. Görünür, bizim qadınların bəziləri bu rəqabətdə slavyanları belə üstələməyi bacarıb. Bəs bizi bu nöqtəyə gətirən nədir?
Adətən, cəmiyyətdə bu cür hallara bəraət qazandırmaq, ictimai qınağı yumşaltmaq üçün ən populyar bəhanə “iqtisadi çətinlik” və “yoxsulluq” olur. Sanki kimsə evində acından köpük qusur, səfalət içində boğulur və son çarə kimi bədənini satmağa məcbur qalır. Lakin reallığa baxsaq, bu yolla pul qazanan, xarici turistlərin xidmətində duran qadınların mütləq əksəriyyəti hərtərəfli təmin olunub, bahalı avtomobillər sürür, brend geyinir və sadə, zəhmətkeş vətəndaşların əksəriyyətindən qat-qat lüks həyat yaşayır.
Deməli, məsələ yaşamaq uğrunda mübarizədə deyil, ləyaqətdədir. Maddi durumun zəif olması heç bir halda insanın bədənini ticarət obyektinə çevirməsinə əsas verə bilməz. Əgər yoxsulluq və səfalət əxlaqi deqradasiyanın yeganə səbəbi olsaydı, o zaman Çində illərlə bir kasa düyüdən başqa yeməyə heç nə tapa bilməyən, ən ağır şərtlərdə yaşayan milyonlarla qadın da fahişəlik yolunu seçərdi. Lakin həmin cəmiyyətdə bu göstərici sıfıra bərabərdir. Çünki ləyaqət tamamilə maddiyyatdan asılı olmayan, insanın özünə və kökünə olan hörmətidir.
Söz düşəndə az qala hər kəs “namus”, “qeyrət”, “milli mentalitet” pafosu ilə çıxış edir, sosial şəbəkələrdə, məclislərdə əxlaq dərsi keçir. Sanki küçələrdə dondurma stendləri qarşısında arxasını burcudanlar başqa millətdir.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!