Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
5 Avqust 2026 / 15:42

Növbəti köç karvanları Xocavəndə çatıb, açarlar təqdim edilib

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Tezadlar.az xəbər verir ki, növbəti köç karvanı Xocavənd şəhərinə, rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocavənd kəndinə çatıb. Doğma yurda qayıdan sakinlər üçün təşkil olunan mərasimdə onlara yeni mənzillərinin açarları təqdim edilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri, eləcə də digər rəsmi şəxslər iştirak ediblər. Bu mərhələdə Xocavənd şəhərinə 20 ailə – 81 nəfər, Qırmızı Bazar qəsəbəsinə 2 ailə – 9 nəfər, Xocavənd kəndinə isə 5 ailə – 17 nəfər köçürülüb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!