7 Avqust 2026 / 09:26

BİLAL VƏ ƏHMƏDİYYƏ- QALİB ARİF YAZIR

(“Məzəli oğlanlar” silsiləsindən)
II. Mingəçevir sərgüzəştləri
Mingəçevirlə Qaxın arası 100 km olar- olmaz, 1-2 saatlıq yoldur. Bizim camaat bineyi-qədimdən alverini Mingəçevirdə edib, gəzməyə, hətta əylənməyə bu şəhərə gedib. Mən hələ Mingəçevirdə məktəb oxuyan, həyat yaşayan qaxlılari demirəm. Bakıya getmək, bakılı olmaq sonralar dəb olub…
Bilalla Əhmədiyyə də hələ cavandılar, amma evlənmişdilər, qohum olmuşdular. Novruz bayramına salırdılar, fındıq, qoz ləpəsindən yığırdilar, düz bir həftə Mingəçevirdə lövbər salırdılar. Satanı satırdilar, alanı alırdılar, icəni içirdilər, gəzəni gəzirdilər, bir sözlə kef çəkirdilər. Necə deyərlər, həm ticarət, həm də ziyarət… Bəzən ziyarət ticarətdən uzun çəkirdi, Mingəçevir pullarının başına daş salmamıs, axırına cıxmamış kəndə dönmürdülər…
Bizim qəhrəmanların Mingəçevir səfərləri macəralara dolu olurdu. Təbii ki, əvvəl özləri çayxanada (kənddə kafeyə deyilir, burda ancaq çay içilmir) danışırdılar, birinin ustünə beşini qoyurdular. Camaat – böyuk, kiçik diqqətlə qulaq asırdı, hətta boğazlarını yaşlanmaq üçün onlara pivə də alırdı. Sonra əhvalatlar yayılırdı, hətta Bakıda bəndənizin qulağına çatırdı. O da orasin-burasın düzəldirdi, bədii rəng verirdi və sizlərə təqdim edirdi.
Məzəli oğlanların Mingəçevir əhvalatlarından biri daha maraqlıdır, yadda qalandır. Mənə gəlib çatanlar iki variantdadır, ikisi də Əhmədiyyə versiyasıdır. Bilal versiyaları da yəqin var, amma mənə gəlib çatmayıb. Əlimdə olan versiyalardan birincısi daha maraqlı olsa da, daha biədəbdir. Zehnimin şanəsindən keçirsəm də, fikrimin süzgəcindən keçirə bilmədim. Bu versiyanı yazsam, oxucular da, bizim qəhrəmanlar da məni daşqalaq edər. Odur ki, necə deyərlər, kasıbın olanından…
Deməli, söz vaxtına çəkər, deyirlər. 2000-lərin yay, daha doğrusu yayın axır vaxtları idi. Məzəli oğlanlar da adama 70-80 kq fındıq, 30-40 kq qoz ləpəsi tədarük edirlər, görurüb özlərini verirlər Mingəçevir bazarına. Malı Əhmədiyyənin “pikap”ında aparırlar. “Pikap”deyəndə, maşın cavanlıqda “QAZ-24” olmuşdu, sonra Əhmədiyyənin atası, böyuk qardaşları olüsünə sürmüsdülər. Növbə Əhmədiyyəyə çatanda, arxasıni kəsmişdi, metal şifer parçalarını “suvarka” edib budka-fason bir şey düzəltmısidi. Bu maşının Qaxdan Mingəçevirə getməsi bir möçuzə idi…
Yeri gəlmişkən, o vaxtlar bazar mafiyası indiki kimi qudurmamışdı, hələ bütün bazarları tutmamışdı. Məsələn, bizim kəndçilər Mingəçevir bazarında babat yer ala və öz mallarını rahat sata bilirdilər. Əsrimizin qəhrəmanları da evdən tez çıxmışdılar, Mingəçevirə səhər çatmışdılar. Əvvəl özlərini mehmanxanaya verirlər, iki adamlıq babat “nömrə”göturürlər. Sonra kolxoz bazarına (kolxoz olmasa da, bazarları hələ qalırdi) gedirlər, iki adama bir “pol’ götürürlər. Üc ğun şıdırğı alver edirlər – qoz ləpəsi 10-12, fındıq ləpəsi 7-8 manat. Allah bərəkət versin…
Dostlar gündüz axşama kimi alver edir, axşam səhərə kimi nömrədə içirlər. Doğrudur, Bilal kafeyə, restorana getmək istəyir, amma Əhmədiyyə biçin biridir, imkan vermir. Deyir “mən Qaxda beldən çıxan pulu Mingəçevirdə yelə verə bilmərəm. Kolbasaya, pendirlə min bərəkət…” Qərəz, uçüncü gun axşama mal satilıb qurtarır, qohumlar şad-xürrəm “nömrə”yə qayıdır. Əvvəl ümumi pulları saýırlar, 1500 manat edir. Kişi kimi yarı bölurlər, sonra stol arxasına keçirlər. Uğurlu alveri babat qeyd edirlər, kolbasa- pendir yeyirlər, zoğalla adama bir araq içirlər…
Sonrasını Əhmədiyyə belə danışir…
-Bilal çox yorğundu, tez də piyan olmuşdu. Uzanan kimi yatdı, xoruldamağa basladı. Bilala etibar etmək olmazdı, gecə səhərə kimi Mingəçevirdən Qaxa maşın çıxırdı. Həmişə demişəm, pul can kimi şeydi, çıxdı, qurtardı, bir də qaytara bilməzsən. Sakitcə ayağa durdum, öz pullarımı salvarimın cıbindən ğötürdüm, bir də saydım, 750 manat idi. Sonra Bilalın pullarını saydım, salvarının, köynəyinin ciblərinə baxdım, mənimki qədərdi. Pulları ust-üstə yığdım, 1500 manatı Bilalın salvarının cibinə qoydum. Rahatca yxılıb yatdım…
…Gecə səsə oyandım – bir vur-çatlasin vardı… Mənim şalvarim, köynəyim yerə atılmışdı. Bilal özunə bir əl qatmışdı, gəl ğörəsən. İndi də carpaýının altını, mənim balıncımın altını gəzirdi, nömrəni ələk-vələk edirdi. Amma öz cibinə baxmaq ağlına belə gəlmirdi. Bəli, bir şeyi gizlətmək istəyirsənsə, görunən yerə qoy, deyirlər… Mən elə-belə, gozüyumulu adamın axtarışlarını izləyirdim, heç bilmədim, necə yuxuya getdim…
Səhər tezdən durduq, yola çıxmaliydıq. Mən Bilala dedim “gedək bir çay içək, bir tikə çörək yeyək, sonra dukana-bazara gedək. Satanı satmışıq, alanı da alaq, rayona çıxaq”. Gordüm qanı özundən də qaradır, xəncər vursan çıxmaz. Dedim “ay qohum, nə olub, səhər-səhər, qanın niyə qaradır?” Əvvəl dinmədi, sonra dedi “sən bilirsən, mənim pul saymaqdan xoşum gəlir, araqdan da çox xoşum gəlir. Ölürəm pul daymaq üçün, gecə-gündüz saysam, yorulmaram. Gecə durdum, sənin pullarını axtardım, tapmadım. Deməli, sən mənə etibar etmirsən. Bu nə dostluqdur, nə qohumluqdur?!”
Əvvəl doyunca güldüm, zənnimdə yanılmamışdım. Sonra dedim “ay dost, ay qohum, mən sənə özumdən çox etibar edirəm. Gecə sən tez yatdın, mən də öz pullarımı sənin cibinə, sənin pullarının ustünə qoydüm. Dedim səhər durandan sonra bir də sayarıq, bölərik. Bilal pul saymağı xoşlayandır”. Adam sakitcə pulları cibindən çıxardı, saydı, bir də saydı, yarısını mənə qaytardı. Gözlərinə inana bilmirdi, amma borclu da qalmad istəmirdi: “Ə, Əhmədiyyə, sən nə etibarlı dostsan, qohumsan. Səninlə alver nədir, “razvedka”ya da getmək olar”…
Qalib ARİF
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!