“Monetri” MMC bank olmayan kredit təşkilatının (BOKT) təsisçilərinin pay bölgüsündə dəyişiklik olub.
Tezadlar.az xəbər verir ki, BOKT-un təsis paylarının 75 %-nə nəzarət edən “Practical Solutions Middle East FZ” şirkəti payını 83 %-ə çatdırıb.
Əvəzində ayrı-ayrılıqda 12,5 % pay sahibi olan – Faiq Məmmədov və “Chaparxana KFT” şirkəti paylarını 8,5 %-ə endiriblər.
Xatırladaq ki, “Monetri” 2013-cü ildən fəaliyyət göstərən “PSG Finans” BOKT-un bazasında 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır.







