“Formula 1” üzrə dünya çempionatında çıxış edən “Haas” komandasının pilotu Oliver Berman Azərbaycan Qran-prisində yaxşı çıxış etməyə çalışacaq.
Tezadlar.az xəbər verir ki, o, bu barədə ABŞ təmsilçisinin mətbuat xidmətinə açıqlama verib.
Pilot Bakıdakı turnirin təqvimdəki ən maraqlı yarışlardan biri olduğunu vurğulayıb:
“Bu, ən maraqlı traslardan biridir. Bakıda həm uzun düzlük, həm də köhnə şəhərin dolanbaclı döngələri var. Ritmi və düzgün yanaşmanı tapdıqdan sonra elə bilirsən ki, cəmi bir dövrə ərzində şəhəri gəzirsən. Bu həftəsonu inamlı çıxış etməyə və xoşagəlməz hadisələrdən uzaq durmağa çalışacağam”.
Xatırladaq ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.






