ABŞ Prezidenti Donald Tramp dünən Yəmən Prezidenti Rəşad əl-Alimi ilə telefon danışığı aparıb, tərəflər husilərin Bab əl-Məndəb boğazı ərazisində irəliləməsini müzakirə ediblər.
Tezadlar.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Əl-Alimi ABŞ-dən husilərə qarşı mübarizədə Yəmən hökumətinə dəstək göstərməsini xahiş edib.
İki mənbənin sözlərinə görə, Tramp telefon danışığı zamanı hərbi dəstək göstərəcəyinə dair birbaşa vəd verməyib.
Xatırladaq ki, bu ayın əvvəllərində husilər boğaz boyunca strateji ərazilər üzərində nəzarəti ələ keçiriblər.







