Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
7 Avqust 2026 / 18:46

ADY 6,4 milyon sərnişin daşıyıb

bu ilin yanvar-iyul aylarında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 6,4 milyondan çox sərnişin daşıyıb.

Tezadlar.az xəbər verir ki, bu barədə ADY-yə istinadən xəbər verir.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17 % çoxdur.

Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 6 milyondan çox (+16 %), rayonlararası marşrutlarla isə 347 minə yaxın sərnişin (+18 %) səfər edib.

Bu ilin iyul ayında isə ümumilikdə 951 mindən çox sərnişin daşınıb ki, bu da 2025-ci ilin iyul ayı ilə müqayisədə 15 % artım qeydə alınıb.

Ötən ay Abşeron dairəvi xətti ilə sərnişindaşıma göstəricisi 12 % artaraq 876 min, rayonlararası marşrutlarla isə 24,5 % artaraq 57 840 nəfərə çatıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!