Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
11 Avqust 2026 / 08:44

Şah İsmayıl Xətainin Türk Sultanı Sultan Səlim Yavuza yazdığı məktub budur!

Dəyərli dostlar, sizə 500 il öncə türk dilində yazılan iki məktubun bugünkü əlifbaya transkripsiya olunmuş mətnini təqdim edirəm. Özünüz nəticə çıxarın, hansı daha çox türkcədir, hansını lüğət istifadə etmədən anlaya bilirsiniz?
***
1-ci məktub “Türk düşməni”, “Fars dövləti” qurmuş Şah İsmayıl Xətainin Türk Sultanı Sultan Səlim Yavuza yazdığı məktubdur. Aşağıda təqdim edirəm:
“Həqq təala adın uca tutub, dövlətin bəka eləsin. Səlim şah xəttinə…
Sözün doğrusu budur ki, bizim bu tərəfdə heç bir düşmənliyimiz yoxdur və sizə qarşı pis niyyət bəsləmirik. Biz ulu babalarımızdan bəri Qızılbaş taifəsi ilə haqq yolundayıq. Sizdən gələn acı sözlər və təhqirlər dövlət adamlarına yaraşmaz. Biz bilirik ki, bu acı sözlər sizin öz diliniz deyil, bəlkə də ətrafınızdakı xidmətçilərin tiryək təsiri altında yazdığı cümlələrdir. Əgər məqsədiniz müharibədirsə, biz də döyüş meydanına hazırıq. Xuda nə təqdir eləsə, o da olar. Amma sülh və qardaşlıq hər şeydən xeyirlidir.”
***
Bu 2-ci məktub isə sultanlar sultanı, Türkün baş tacı, Sultan Süleymanın Fransa kralına yazdığı məktubdur. O qədər axıcı, şirin türkcədə yazıb ki, adamın yuxusu gəlir, sanki anası ona lay-lay çalır.
“Ben ki sultanü’s-selâtîn ve bürhânü’l-havâkîn tâc-bahş-ı husrevân-ı rûy-ı zemîn zıllullâhi fî’l-arazîn Akdeniz’in ve Karadeniz’in ve Rumeli’nin ve Anadolu’nun ve Karaman’ın ve Rûm’un ve Vilâyet-i Dulkadiriyye’nin ve Diyarbekir’in ve Kürdistan’ın ve Azerbaycan’ın ve Acem’in ve Şam’ın ve Halep’in ve Mısır’ın ve Mekke’nin ve Medine’nin ve Kudüs’ün ve külliyen diyâr-ı Arab’ın ve Yemen’in ve dahi nice memleketlerin ki… kılıcımızla feth eylediğimiz nice diyârın sultanı ve padişahı Sultan Süleyman Han’ım. Sen ki Françe vilayetinin kralı Françisko’sun. Dergâh-ı muallâmıza mektup gönderip… düşmanınız memleketinizi kabzedip sizi dahi habseyleyerek halasınız hususunda bu taraftan iâne ve medet istidâ eylemişsiniz. Her ne ki demişseniz pâye-i serîr-i âlîmize arz olunup tafsiliyle malûmumuz oldu. Padişahlara sınmak ve habsolunmak aceb değildir, gönlünüzü hoş tutup azürde-hâtır olmayasınız. Bizim ulu babalarımız… düşmanı def eylemek ve memleketler feth eylemek için feth-i memâlikten hâlî olmayıp gece ve gündüz atımız eyerlenmiş ve kılıcımız kuşanılmıştır. Hakk teâlâ hayırlar nasip eylesin, gerisin elçinizden bilesiz.”
***
Yorum dəyərli oxucuya buraxılır…
Fərəməz Novruzoğlu
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!