Prezident İlham Əliyev ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Asif Yunis oğlu Əsgərovu təltif edilməsi barədə Sərəncam imzalayıb.
Tezadlar.az xəbər verir ki, Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Asif Yunis oğlu Əsgərov “Şöhrət” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 noyabr 2026-cı il







