Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycanda stomatologiya sahəsində geniş istifadə olunan süni dişlərin xaricdən idxal qiyməti məlum olub.
Tezadlar.az xəbər verir ki, süni dişlər xaricdən olduqca aşağı qiymətə alınırmış.
Beləliklə, 2025-ci ildə Azərbaycana xarici ölkələrdən 1 milyon 827 min 842 ədəd süni diş gətirilib.
FED.az-ın məlumatına görə, süni dişlərin alınması üçün 564 min 510 dollar (959 min 667 manat) xərc sərf olunub. Xaricdən alınan süni dişin bir ədədinin orta qiyməti təxminən 0,3 dollar (50 qəpik) təşkil edib.
Xatırladaq ki, 2024-cü ildə xaricdən Azərbaycana 424 min 310 dollar dəyərində 2 milyon 569 min 903 ədəd süni diş gətirilmişdi. 2024-cü ildə alınan süni dişlərin bir ədədinin orta qiyməti 0,17 dollar (təxminən 30 qəpik) olmuşdu.
Xaricdən alınan süni dişlərin sayı azalsa da, qiymətində artım olub. Belə ki, 2024-cü illə müqayisədə xaricdən alınan süni dişlərin sayı 742 min 61 ədəd azalıb, buna çəkilən xərc isə 140 min 200 dollar artıb. Bir ədədinin orta qiyməti isə 30 qəpikdən 50 qəpiyə artıb.
Xaricdən alınan süni dişlərin orta qiymətinin belə ucuz olmasının səbəbi süni dişlərin böyük hissəsinin Türkiyə və Çindən gətirilməsidir. Belə ki, Çindən gətirilən süni dişlərin bir ədədinin orta qiyməti 25 qəpik, Türkiyədən gətirilən süni dişlərin bir ədədinin orta qiyməti 23 qəpikdir.
Elə ölkələr var ki, o ölkələrdən gətirilən süni dişlərin qiyməti orta qiymətdən dəfələrlə yüksəkdir. Amma nə qədər baha olsa da, bir ədədin qiyməti 40 manatdan baha başa gəlmir. Bu qiymət Almaniyadan gətirilən süni dişlərə aiddir. Bundan başqa, Hindistandan gələn dişlərin bir ədədinin qiyməti 17 manat təşkil edir.
Amma əksər süni dişlər ucuz qiymətə idxal olunduğuna görə, ümumi qiymət bu qədər aşağıdır. Belə ki, Azərbaycana süni dişlərin 99%-i 4 ölkədən gətirilir – İtaliya (bir ədədənin qiyməti 0,70 manat), Türkiyə (0,23 manat), Çin (0,25 manat), Sloveniya (0,22 manat) və Polşa (0,58 manat).
Ölkəyə süni dişlərin bir qədər kütləvi gətirildiyi digər ölkə İrandır – İran dişləri bir qədər bahadır – 2,8 manat. Qalan ölkələrdən gətirilən dişlərin qiyməti baha olsa da sayı olduqca aşağıdır. Yəni ölkədə istifadə olunan süni dişlərin əksəriyyəti – 95%-dən çoxu məhz ucuz – qiyməti 22-70 qəpik arasında olan dişlərdir.
Xaricdən alınan süni dişlər daha ətraflı:
| Süni dişlər | Say (Ədəd) |
Məbləğ (Dollar) |
Bir ədədin orta idxal qiyməti |
| Cəmi | 1 827 842 | 564 610 | 0,53 manat |
| Rusiya | 90 | 180 | 3,40 manat |
| Çin | 392 000 | 59 490 | 0,25 manat |
| Filippin | 1 000 | 4 170 | 7,10 manat |
| Hindistan | 969 | 9 600 | 16,85 manat |
| İran İslam Respublikası | 11 302 | 18 590 | 2,80 manat |
| Koreya Respublikası | 673 | 5 930 | 15,00 manat |
| Türkiyə | 487 210 | 64 840 | 0,23 manat |
| Almaniya | 2 209 | 50 850 | 39,10 manat |
| Avstriya | 2 000 | 260 | 0,22 manat |
| İtaliya | 767 201 | 322 330 | 0,70 manat |
| Polşa | 34 776 | 11 900 | 0,58 manat |
| Sloveniya | 128 412 | 16 460 | 0,22 manat |
Maraqlıdır ki, süni dişlərin böyük əksəriyyətinin “su qiymətinə” idxal edildiyi halda stomotoloqlar pasiyentlərə bu dişləri hansı məbləğə təklif edirlər?…