Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 Avqust 2026 / 08:17

Şəhidlər- Xəqani, Vidadi və Hasil Aslanovların anım tədbiri keçiriləcək

“”Təzadlar” qəzeti redaksiyasına!
Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və torpaqlarımızın azadlığı uğrunda canından keçərək uca şəhidlik zirvəsinə ucalmış qəhrəman Vətən övladlarının xatirəsini yaşatmaq, onların keçdiyi şərəfli döyüş yolunu gələcək nəsillərə nümunə göstərmək hər birimizin müqəddəs mənəvi borcudur”.
Bu sözlər Aslanov Xəqani Kazım oğlunun həyat yoldaşı Aslanova Sədaqət Şirin qızının redaksiyamıza göndərdiyi məktubundandır. Sədaqət xanım daha sonra yazır: “…Qürur və iftixar hissi ilə bildirmək istəyirəm ki, bizim ocağımız Vətənə üç şəhid fəda etmiş ailədir. Həyat yoldaşım Aslanov Xəqani Kazım oğlu, həmçinin qaynlarım Aslanov Vidadi Kazım oğlu və Aslanov Hasil Kazım oğlu canlarını torpaqlarımızın azadlığı yolunda fəda edərək müqəddəs şəhidlik zirvəsinə ucalmışdırlar. Bir evdən üç şəhid vermiş ailənin nümayəndəsi kimi onların adlarının əbədiləşdirilməsi, xatirələrinin uca tutulması və qəhrəmanlıqlarının geniş ictimaiyyətə çatdırılması bizim üçün müstəsna əhəmiyyət kəsb edir. Bildirmək istəyirəm ki, 18 avqust 2026-cı il tarixində həyat yoldaşım şəhid Xəqani Aslanovun əziz xatirəsinə həsr olunmuş anım (mövlud) tədbirinin keçirilməsi nəzərdə tutulmuşdur. Şəhidlərimizin xatirəsinə layiq, təntənəli və ehtiramla təşkil olunacaq bu mərasimin geniş işıqlandırılması, qəhrəmanlarımızın ömür yolunun ictimaiyyətə dolğun çatdırılması üçün mətbuatın rolu əvəzsizdir. Bu münasibətlə, ölkəmizin tanınmış media resurslarından olan “Tezadlar.az” tərəfindən tədbirin media dəstəyi ilə təmin olunmasını, çəkiliş qrupunun/əməkdaşınızın tədbirdə iştirak olunmasını və mərasimin portalınızda işıqlandırılmasını Sizdən ehtiramla xahiş edirəm.
Sizin şəhid ailələrinə, onların xatirəsinin əbədiləşdirilməsinə göstərdiyiniz daimi diqqət və qayğını yüksək qiymətləndirir, müraciətimə həssaslıqla yanaşacağınıza əvvəlcədən dərin minnetdarlığımı bildirirəm.
Tədbir haqqında ətraflı məlumat:
Məkan: Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Mədəniyyət” Mərkəzi
Tarix və saat: 18 avqust 2026-cı il, saat 12:00
Əlaqə vasitələri:
(070) 355-96-96
(051) 419-54-56
Hörmətlə,
İmza: Aslanova Sədaqət Şirin qızı
Tarix: 12.08.2026-cı il”.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
RÖVŞANƏ
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!