…Bu dəfə 232 nəfər məhbəs həyatına son verib faydalı həyata qədəm qoyacaq… Tezadlar.az xatırladır ki, Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Giorqoba bayramı münasibətilə 232 nəfər barəsində əfv qərarı verib. Prezident Administrasiyasının məlumatına əsasən, əfv olunanlardan 216-sı azadlıqdan məhrumetmə, 16-sı isə həbs cəzası ilə əlaqəli olmayan digər cəzalara məhkum edilib. Administrasiyanın açıqlamasında bildirilib ki, Prezidentin Konstitusiya ilə ona verilmiş müstəsna səlahiyyətdən istifadə etməsi humanizm prinsiplərinə və dövlət maraqlarına əsaslanır.
Azərbaycanda da Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı belə bir humanist qərar gözlənilir. Sosial mediada bu barədə ehtimallar bildirilməkdədir. Belə ki, Prezident İlham Əliyev hər il yüzlərlə ailəni sevindirən Sərəncamlara imza atır.







