Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 Avqust 2026 / 18:54

Azərbaycan Türkiyədən kimyəvi məhsul idxalını artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 321,54 milyon ABŞ dolları dəyərində kimyəvi maddələr və məhsullar idxal edib.

Tezadlar.az Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,8 % çoxdur.

Təkcə iyulda isə Türkiyə Azərbaycana 53,432 milyon ABŞ dolları dəyərində kimyəvi maddələr və məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 20,7 % çoxdur.

Yanvar-iyul aylarında Türkiyənin kimyəvi maddələr və məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 4,8 % artaraq 20,107 milyard ABŞ dollarına, iyulda isə 11,4 % azalaraq 3,035 milyard ABŞ dollarına çatıb.

Türkiyədən ən çox idxalı İtaliya (1 milyard 169,455 milyon ABŞ dolları, 12,1 % çox), İspaniya (1 milyard 152,904 milyon ABŞ dolları, 47,9 % çox) və ABŞ (851 milyon ABŞ dolları, 11,6 % çox) dəyərində həyata keçirib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!