Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

2025-cü ilin dövlət büdcəsində ətraf mühitin mühafizəsi sektoru üzrə 10 icraçı təşkilatın 5 proqram üzrə 26 tədbir həyata keçirməsi üçün 402,9 milyon vəsait proqnozlaşdırılsa da, bunun 374,1 milyon manatı və ya 92,9 %-i istifadə edilib.
Tezadlar.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, sektor üzrə nəticə göstəricilərinin (indikator) sayı 58, nəticə göstəricilərinin icrası isə 96,3 % olub.
Sektor üzrə istifadə olunmuş vəsaitin 10,7 %-i Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icra etdiyi tədbirlərin payına düşüb. Qurumun Maliyyə Nazirliyinə təqdim etdiyi 2025-2027-ci illər üzrə sektor strateji plana daxil olan proqramlar üzrə müəyyən olunmuş strateji hədəflərə ümumən nail olunub, nəticələr üzrə orta statistik icra göstəricisi yüksək olub.