Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
18 Avqust 2026 / 08:45

Kriştiano Ronaldo karyerasını bitirir?

Dünyaca məşhur futbolçu Kriştiano Ronaldo rekord qıran karyerasından sonra peşəkar futbol karyerasının son mərhələsinə qədəm qoyduğunu bildirib.

Tezadlar.az xəbər verir ki, beşqat “Qızıl top” mükafatı qazanan 41 yaşlı portuqaliyalı ulduz Corcina Rodrigezlə evliliyindən sonra “Vogue” jurnalına verdiyi müsahibədə “Bu, yəqin ki, futbolda son ilimdir və möhtəşəm bir miras qoymaq istəyirəm” deyib.

Gələcəyini tam planlaşdırdığını bildirən Ronaldo ailəsi ilə daha çox vaxt keçirməyi səbirsizliklə gözlədiyini bildirib.

Təcrübəli oyunçu futbolun yaratdığı boşluğu səyahət etmək, həvəsli olduğu padel oynamaq və 25 illik sədaqətdən sonra qazandığı uğurlardan zövq almaq kimi müxtəlif məşğuliyyətlərlə dolduracağını bildirib.

1000 qol hədəfi

Bu yay Portuqaliya milli komandası ilə altıncı Dünya Kubokunda oynayan və qol vuraraq rekord qıran Ronaldo, klub və milli komanda karyerasında indiyə qədər cəmi 976 qola çatıb.

“Mançester Yunayted”, “Real Madrid” və “Yuventus” kimi nəhəng klublarda oynamış ulduz futbolçu karyerasında 1000 qol həddini aşmağı hədəfləyir.

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə müqaviləsinin son ilində olan Ronaldonun bu mövsümkü performansı onun tarixi hədəfinə çatıb-çata bilməyəcəyini müəyyən edəcək.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!