Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 220 ədəd avtobus istehsal edilib.
Tezadlar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə avtobus istehsalı 86 ədəd və ya 64,2% artıb.
Xatırladaq ki, ötən ilin eyni dövründə Azərbaycnada 134 avtobus istehsal edilmişdi.
Cari ilin avqust ayının biri vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatının həcmi 28 avtobus olub.
Qeyd edək ki, maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində cari ilin yanvar-iyul aylarında 248,9 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 88,4% artıb, maşın və avadanlıqların istehsalı isə 73,5% azalıb.