Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 511 yük avtomobili istehsal edilib.
Tezadlar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yük avtomobillərinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 321 avtomobil və ya 2,7 dəfə artıb.
Xatırladaq ki, 2025-ci ilin ilk 7 ayında ölkədə 190 yük avtomobili istehsal edilmişdi.
Qeyd edək ki, maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində cari ilin yanvar-iyul aylarında 248,9 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 88,4% artıb, maşın və avadanlıqların istehsalı isə 73,5% azalıb.