Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan və Gürcüstan sərhədkeçmə proseslərinin sürətləndirilməsi üçün tədbirlər planlaşdırır. Tezadlar.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib. Bildirilib ki, dövlət sərhədində yük nəqliyyat vasitələrinin yaranan sıxlığı ilə əlaqədar olaraq iki ölkənin gömrük xidmətləri rəhbərliyi arasında müzakirələr aparılıb. Sıxlığın aradan qaldırılması, sərhədkeçmə proseslərinin daha da sürətləndirilməsi üçün müvafiq zəruri tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.
Məlumat üçün bildirək ki, Gürcüstanla Azərbaycan arasındakı “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsində Gürcüstandan Azərbaycana keçməyi gözləyən yük avtomobillərinin uzun növbəsi yaranıb. Sürücülərin sözlərinə görə, onlar günlərdir yoldadırlar və sərhədi keçmək üçün hələ ən azı dörd-beş gün gözləməli olacaqlar.