Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycanı həndbol üzrə avrokubokların 2026/2027 mövsümündə iki komanda təmsil edəcək.
Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Həndbol Federasiyasının idman şöbəsinin müdiri İsgəndər Əsgərov məlumat verib.
Beynəlxalq dərəcəli hakim qitəmiqyaslı yarışlarda “Kür”ün qadınlardan və kişilərdən ibarət komandalarının mübarizə aparacağını deyib.
O, hazırda Azərbaycanda yalnız “Kür” klubunun fəaliyyət göstərdiyini, komandaların öz zallarında məşq etdiklərini, idmançıların maaş aldıqlarını deyib.
Qeyd edək ki, həndbol üzrə ölkə çempionatının 2025/2026 mövsümü yarımçıq dayandırılıb. Həmçinin Azərbaycan Kubokunun yarımfinal və final mərhələləri keçirilməyib. Avrokubok matçlarına sentyabrda start veriləcək.