19 Avqust 2026 / 21:08

Qaşim Maqomedov Asiya Kubokunda fərqləndi

Azərbaycan taekvondoçusu Qaşim Maqomedov Pakistanın Lahor şəhərində keçirilən Asiya Regionu üzrə 8-ci Prezident Kubokunda mükafatçılar sırasına düşüb.

Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.

İdmançı 63 kq çəki dərəcəsində bürünc medal qazanıb.

Xatırladaq ki, Qaşim Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!