Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxıb.
Tezadlar.az xəbər verir ki, Bakı klubu İsrail təmsilçisi “Hapoel”lə (Beer-Şeva) qarşılaşıb.
Rumıniyanın paytaxtı Buxarestdəki “Quleşti” stadionunda təşkil olunan görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə “Sabah”ın qolunu 5-ci dəqiqədə Velko Simiç vurub. Rəqib komandadan isə 43-cü dəqiqədə Ceyvon İst fərqlənib.
Qeyd edək ki, cavab oyunu avqustun 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.