21 Avqust 2026 / 10:54

Naxçıvanda 39 dövlət əmlakı özəlləşdirilib

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən muxtar respublikada 39 dövlət əmlakı özəlləşdirilib.

Nazirliyin mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, özəlləşdirmədən daxil olan 137,9 min manat vəsait muxtar respublika büdcəsinə ödənilib.

Cari ilin 7 ayında muxtar respublikada 43 hərrac keçirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə keçirilmiş hərracların sayı 2,4 faiz çox olub.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!