Əsas məzmuna keç

Bakıda ağır yol qəzası: 60 yaşlı qadın avtoqəzada öldü

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 75

Bu səhər Bakıda maşın piyadanı vuraraq öldürüb. Tezadlar.az xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Belə ki, 1992-ci il təvəllüdlü Elvin Cəlilov idarə etdiyi “Mercedes E 200” markalı avtomobillə hərəkətdə olarkən piyada 1966-cı il təvəllüdlü Mehriban Nağıyevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb. Təhqiqatçılar və müstəntiqlər hadisənin nədən baş verdiyini araşdırır.

SƏBUHİ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın